Hacıqabulda zəncirvari qəza olub, altı nəfər yaralanıb

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Qarasu kəndində qeydə alınıb.
“KamAZ” və iki “Mercedes Vito” markalı avtomobillər toqquşub.
Nəticədə altı nəfər xəsarət alıb.
Yaralılar Şirvan xətəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır