Türkiyədə TIR aşıb, Azərbaycan əsilli sürücü ölüb

Türkiyədə baş verən qəzada TIR aşıb.
APA yerli mətbuata istinadən xəbər verir ki, Ərzurumun Tortum rayonunda noxud dolu yük maşınının aşması nəticəsində sürücü həlak olub.
Azərbaycan vətəndaşı 37 yaşlı V.N.-nin idarə etdiyi 35 ZA 114 nömrəli yük maşını Oltu-Törtüm avtomobil yolunun Aksu rayonu ərazisində idarəetməni itirərək aşıb.

Sürücü ilkin tibbi yardım göstərildikdən sonra Tortum Dövlət Xəstəxanasına aparılıb.

həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.