Ağstafada evdə partlayış olub, ölən var

Ağstafada evdə partlayış baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.
Kənddə yerləşən evdə baş verən partlayış zamanı 1997-ci il təvəllüdlü Elməddin Huseynov ölüb.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.