Ağdaşda mikroavtobus yanıb

Ağdaş rayonunda mikroavtobus yanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qumlaq kəndi ərazisində baş verib.

Yanğın yerinə Ağdaş Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı Rəhman Həmid oğlu Şirinova məxsus “Mercedes-Benz” markalı mikroavtobus tamamilə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.