Ağdaşda avtomobil yanıb

Ağdaşda avtomobil yanıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Qarasuqumlaq kəndində qeydə alınıb.

Yanğın nəticəsində kənd sakini 1986-cı il təvəllüdlü Şirinov Rəhman Həmid oğluna məxsus 12 BD 530 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin yanar konstruksiyaları tamamilə yanıb.

Əraziyə Ağdaş yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.