Ağcabədidə avtomobil iki piyadanı vurdu: ölən var

Ağcabədi rayonunda avtomobil iki piyadanı vurub, ölən və xəsarət alan var.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Belə ki, Turqut Vüqar oğlu Quluzadənin idarə etdiyi "LADA Priora" markalı avtomobil Ağcabədi-Ağdam yolunun 1-ci kilometrində, Ağcabədi rayonunun Ağabəyli kəndi ərazisindən keçən hissəsində piyadalar - 2016-cı il təvəllüdlü Hüseyn Yolçu oğlu Əlizadə və 1986-cı il təvəllüdlü Xədicə Arif qızı Əliyevanı vurub. Nəticədə X.Əliyeva xəsarət alıb, H.Əlizadə isə hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.