Naxçıvanda piyadanı maşın vurub

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Çənlibel məhəlləsində qeydə alınıb. Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü, Babək rayon Qahab kənd sakini Nəcəfov Fariz Marif oğlunu vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.