Bakı sakinini talayan şəxs saxlanılıb

Bakı sakinini talayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində müxtəlif vaxtlarda Bakı şəhər sakini olan bir nəfərin cibində 1500 manat pulu olan gödəkcəsini və 1700 manat dəyərində qızıl üzüyünü, digər bir nəfərin isə 340 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Goranboy rayon sakini 1992-ci il təvəllüdlü Ramil Qasımov müəyyən olunaraq saxlanılıb.