Goranboyda 54 yaşlı piyadanı maşın vurub, vəziyyəti ağırdır

Goranboyda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlirzalı kəndində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Müşviq Quluyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.