Şəmkirdə qəza olub, ölən və xəsarət alan var

Şəmkirdə ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Hyundai"markalı yük maşını digər "Zil"markalı su maşınına arxadan çırpılıb.

FHN-in DYMX-nin Şəmkir Rayon DYMH-in xilasediciləri tərəfindən bir nəfər sürücü sıxılmış nəqliyyat vasitəsindən xilas edilib.

O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Bir nəfər sərnişin hadisə yerində ölüb.

Xilasedicilər tərəfində meyit aidiyyatı üzrə təhvil verilib.