BDU-nun baş laborantı vəfat etdi

Bakı Dövlət Universitetinin əməkdaşı dünyasını dəyişib.
Bakupost.az xəbər verir ki, universitetin Tarix fakültəsi, "Azərbaycanın maddi mədəniyyət tarixi" ETL - də baş laborant vəzifəsində çalışan Zaur Hüseynov vəfat edib.
1971-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1988-ci ildə Bakı Dövlət Universiteti Tarix fakültəsinə daxil olub və 1993-cü ildə bitirib. 1994-1995 ci illərdə daxili qoşunlarda zabit rütbəsində xidmət edib. 2002-ci ildən Bakı Dövlət Universiteti Tarix fakültəsi "Azərbaycanın maddi mədəniyyət tarixi" ETL-də böyük laborant vəzifəsində işləyirdi.
Allah rəhmət eləsin!