Sumqayıtda kollecin yataqxanasında güclü yanğın

Sumqayıtda Tibb kollecinin yataqxanasında baş verən yanğının ilkin səbəbi açıqlanıb.
Globalinfo.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata əsasən, işıqların sönüb yanmasından sonra qısaqapanma baş verib.
Nəticədə partlayışdan sonra güclü yanğın başlayıb.
***23:12
Sumqayıtda Tibb kollecinin yataqxanasında güclü yanğın başlayıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə yerində FHN-nin yanğınsöndürənləri cəlb olunub.
Ətraflı məlumat veriləcək.