Gəncədə itkin düşən məktəbli tapılıb - YENİLƏNİB

Gəncədə itkin düşən məktəbli tapılıb.

Bu barədə DİN mətbuat xidmətinin Gəncə Regional Xidmətinin baş inspektoru Eşqin Qasımov APA-ya bildirib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 14 yaşlı məktəblinin yeri müəyyən edilib və artıq ailəsinə təhvil verilmək üzrədir.

***
Gəncədə məktəbli itkin düşüb.
APA xəbər verir ki, 2010-cu il təvəllüdlü Nigar Nurullayeva oxuduğu 27 saylı məktəbdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb.

Bundan başqa Bakı şəhəri Yasamal rayonunda yaşayan 2008-ci il təvəllüdlü Pərvanə Ləman Nadir qızı yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.