Sürücü sükan arxasında öldü: maşın ağaca çırpıldı

Xaçmazda sürücünün sükan arxasında ürək tutması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bostançı kənd sakini, 64 yaşlı Xəqani Zəbişah oğlu Əhmədov sükan arxasında qəflətən ölüb. Nəticədə onun idarə etdiyi 90 EE 613 dövlət nömrə nişanlı VAZ-2104 avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Faktla bağlı araşdırma aparılır.