Plastik əməliyyat pulunu ödəməmək üçün xəstəxanadan qaçmağa çalışdı

Dünən axşam saatlarında İstanbulun Şişli səmtinin Fulya qəsəbəsindəki özəl xəstəxanalardan birində maraqlı hadisə yaşanıb.

İddialara görə, əcnəbi qadın plastik əməliyyat etdirməyə xəstəxanaya gedib.

Sherg.az xəbər verir ki, qadın ödənişlə bağlı xəstəxana ilə anlaşdıqdan sonra bıçaq altına girib.

Qadın narkozla plastik əməliyyat olunub, lakin onun xərcləri ödəməmək üçün xəstəxanadan qaçmaq istədiyi iddia edilib.

Xəstəxanada fürsət gözləyən qadın  cərrahi paltar geyinərək çölə çıxıb. Lakin işçilər qadını görüb və dayandırıb.

Yanına gələn həkim və tibb bacılarını əcnəbi dildə söyən qadın narkozun təsiri altında işçilərə hücum etməyə çalışıb.
Qadın həkimlər, tibb bacıları və işçilər tərəfindən son anda yenidən xəstəxanaya aparılıb.