Beşik əvəzinə təndirdə yatırılan körpə öldü!

ABŞ-ın Kanzas ştatında qeyri-adi faciə yaşanıb. 

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, körpənin anası səhvən onu beşik əvəzinə sobada yatırtması nəticəsində ölüb.

ABŞ prokurorunun verdiyi açıqlamaya görə, anası tərəfindən səhvən sobada yatırılan körpəni xilas edə bilməyiblər.

Polis, cümə günü Kanzas ştatında körpənin nəfəs almaması xəbərini aldıqdan sonra hadisə yerinə gedib.

Müdaxilə qrupları körpənin yanıq xəsarəti aldığını və hadisə yerində öldüyünü açıqlayıb.

Bir hadisə şahidi ifadəsində anaya istinad edərək, "Uşağı yatdırdı. Ancaq səhvən onu beşik yerinə sobaya qoydu" deyib.

Prokuror Jean Peters Baker verdiyi açıqlamada bunları qeyd edib: "Biz bu faciənin təbiətinin dəhşətli olması ilə razıyıq. Bir körpənin  həyatını itirməsindən ürəyimiz sarsılır. İnanırıq ki, ədalət sistemi bu dəhşətli hadisəyə lazımi qiymət verəcək".

Bu səhvin necə edildiyi açıqlanmayıb.