16 yaşlı qız məcburi ərə veriləcəkdi! Nazirlik tədbir gördü

Türkiyənin sosial şəbəkə seqmentində 16 yaşlı qızın zorla ərə veriləcəyi xəbəri yayılıb. Səlahiyyətlilər toya dəvətnamənin də yer aldığı yazıdan sonra hərəkətə keçib. Sherg.az xəbər verir ki, Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən verilən yazılı açıqlamada aşağıdakı ifadələr yer alıb:

Sosial media hesabında yayılan “16 yaşlı qız məcburi ərə veriləcək” yazıları ilə bağlı bu açıqlamanın verilməsi məqsədəuyğun hesab edilib.
Məlumatdan dərhal sonra İstanbul İl Müdirliyimizin qrupları və polis bölmələri dərhal hərəkətə keçib.

Polis bölməsində prosedurlar başa çatdıqdan sonra uşaq dövlət himayəsinə götürüləcək və qanuni proses nazirliyimiz tərəfindən həyata keçiriləcək.