Ailəsi internetdə oyun oynamağa icazə vermədi, uşaq öz başına ATƏŞ AÇDI

Türkiyənin Samsun şəhərində ailəsinə internetdə zorakılıq oyunu oynamağa icazə verməyən 12 yaşlı uşaq özünü güllələyib və ağır yaralanıb. Reanimasiyada müalicəsi davam edən uşağın səhhətinin ağır olduğu bildirilir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, dünən axşam saatlarında Samsunun Vezirköprü səmtinin Sarıdibek rayonunda 12 yaşlı E.C. evdəki yataq otağına gedərək ailəsi internetdə şiddət oyunu oynamağa icazə vermədiyi üçün tapança ilə başına atəş açıb.

Silah səsini eşidən ailəsi yataq otağına qaçıb və uşaqlarını qan içində görüblər.

Xəstəxanaya aparılan uşaq ilkin tibbi yardım göstərildikdən sonra Samsun Ondokuz May Universiteti (OMÜ) Tibb Fakültəsi xəstəxanasına köçürülüb.

Təcili yardım maşınında yolda uşağın ürəyi dayandığında, sağlamlıq qrupları uşağı ən yaxın Samsun Təhsil və Araşdırma xəstəxanasına aparıb. Müdaxilədən sonra uşağın ürəyi yenidən işə salınıb və həkim nəzarəti altında OMÜ Tibb Fakültəsi xəstəxanasına aparılıb.

Yaralının reanimasiya şöbəsində müalicəsi davam edir, səhhətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.