Bir evlilik: 4 qadının yuvasını yıxdı

  Qızqaçırma 4 ailənin faciəsinə səbəb olub. Yıldız ailəsi 2017-ci ildə Günəş ailəsindən qız qaçırıb. Qaçırılan gəlin evləndikdən 2 ay sonra intihar edib, bununla da iki ailə arasında qan davası düşüb. 3 il sonra ailələr üz-üzə gəlib və hər iki ailədə qətliam yaşanıb. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, hadisə Türkiyənin Ərzurum bölgəsində, Çat əyalət mərkəzindən 16 kilomert məsafədəki Kösələr məhəlləsində 2020-ci il may ayının 30-da səhər saatlarında baş verib. Sıddıq Günəş, oğlu Sinan Günəş, qardaşı Hasan Günəş və qardaşı oğlu Baki Günəş traktorla tarlalarına heyvan gübrəsi tökməyə gediblər. Bu sırada hadisədən iki gün əvvəl mübahisə yaşadıqları Sıddıq Yıldızın övladları Sədrəddin Yıldız, Burhanəddin Yıldız və İrfan Yıldız da Günəş ailəsinin ardınca gələrək tarlada mübahisə etməyə başlayıblar. Silah səsləri eşidən kəndin muxtarı və məhəllə əhalisi əraziyə gəliblər. Və dəhşətli mənzərə ilə qarşılaşıblar: Sıddıq Günəş, Hasan Günəş, Sinan Günəş, qarşı tərəfdənsə Sədrəddin Yıldızın hadisə yerində vurularaq öldüklərini görüblər. Baki Günəşsə ağır yaralı imiş, lakin o da hər cür müdaxiləyə rəğmən həyatını itirib. Qətliamda şübhəli bilinən Burhanəddin Yıldız və İrfan Yıldız hadisə yerindən qaçaraq bir müddət gizlənə biliblər. Lakin polis-jandarma heyəti ətraf ərazilərdə geniş axtarış tədbirlərinə başlayıb, havaya helikopterlər qaldırılıb və qısa zamanda şübhəlilər yaxalanıblar. Məhkəmənin hökmü ilə hər ikisi həbsə alınıb. Qətlə yetirilənlər kənd məzarlığında dəfn edilib, həyat yoldaşları məzarları başında dayanıb.  4 qadın – Nəbahat, Lütfiyə, Fidan və Cansu Günəş, bundan sonra övladlarına həm ana, hım ata olub. Həyat yoldaşı qətlə yetirilən zaman 3 aylıq hamilə olan Fidan Günəş məhkəmədə “hadisə yerində Sıddıq Yılmaz mənə “elə bilirsən səni, oğlunu sağ qoyacam?”, deyib məni vurdu, yerə yıxıldım. Sonra da “gördünmü, mən dediyimi edirəm”, söylədi. F.Yılmaz ailələr arasında münaqişənin Fatma Günəş, Burhanəddin Yıldız tərəfindən qaçırıldıqdan sonra yarandığını deyib. Fatmanın 2 ay sonra inthar etməsi ilə münasibətlər daha da gərginləşib. Günəş ailəsi Ərzurumu tərk edərək Bursaya gedib. Lakin Qurban bayramı öncəsi qurbanlıq heyvan almaq üçün Ərzuruma qayıdıblar. Bu zaman Yıldız ailəsi yenə onları təhdid edib. Və bir gün Günş ailəsi ilə tarlada qarşılarkən bu qanlı qətliamı törədiblər. Məhkəmə Burhanəddin Yıldız və İrfan Yıldızı ömürlük həbs cəzasına məhkum edib. Amma bu gün də 4 qadın başsız vəziyyətdə, ailənin bütün yükünü çəkir, məzarlığa gedib həyat yoldaşlarının məzarı başında ağlayırlar.