Siyəzəndə məktəbdə mühafizəçinin meyiti tapılıb

Siyəzən şəhərində məktəbdə meyit tapılıb.
APA-nın Şimal bürosu xəbər verir ki, hadisə Siyəzən Peşə Məktəbində baş verib. Meyiti tapılan şəxsin məktəbdə mühafizəçi işləyən, 59 yaşlı Alim Qafarov olduğu bildirilir.
Onun hansı səbəbdən ölməsi araşdırılır.