Sakit okeanın şərqində 6,3 bal gücündə zəlzələ olub!

EMSC-nin məlumatına görə, Sakit okeanın şərqində 6,3 bal gücündə zəlzələ baş verib.
“Sherg.az” xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, Sakit okeanın şərqində 6,3 bal gücündə zəlzələ baş verib. 
Yerli vaxtla saat 1:51-də baş verən zəlzələnin dərinliyi 2 kilometr olaraq ölçülüb.
Qeyd edək ki, zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb. Təkanlar ətraf ölkələrdə də hiss olunub.

Fidan Həməşəyeva