FETÖ-nün Ankaradakı “gizli” strukturu aşkarlanıb: 15 nəfərə həbs qərarı verilib

FETÖ/PDY silahlı terror təşkilatının Ankaradakı Hərbi Hava Qüvvələri Komandanlığının "məhrəm xidmətlər" strukturu ilə bağlı aparılan araşdırmada 15 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Sherg.az xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində, Hərbi Hava Qüvvələri Komandanlığını hədəf alan və FETÖ/PDY silahlı terror təşkilatı strukturu ilə əlaqəsi olduğu öyrənilən bəzi şəxslər aşkarlanıb. Onların işlədikləri əyalətlərdəki köşklərdə, yeməkxanalarda, ərzaq mağazası və market kimi ictimai iş yerlərində stasionar telefonlardan istifadə edərək mülki mollalarla əlaqə saxladıqları müəyyən edilib.
Qeyd edək ki, haqlarında təşkilat üzvü olduqlarına dair ifadələri olan 5 zabit, 1 kiçik zabit, 1 hərbi tələbə və 8-i mülki şəxs olmaqla, 15 şübhəli barəsində Ankara mərkəzli 8 vilayətdə həbs qərarı çıxarılıb. Ankara Polis Şöbəsi qrupları şübhəlilərin tutulması üçün əməliyyat başladıb.

Fidan Həməşəyeva