Bakıda 4 otaqlı ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.
Sherg.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.