Şəmkirdə avtomobil körpüdən aşdı

Şəmkirdə ağır avtomobil qəzası olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb.

Hadisə nəticəsində bir nəfər hadisə yerində ölüb, 1989-cu il təvəllüdlü E.Qarayev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.