Oğuzda yollar buz bağladı, hərəkət çətinləşdi

Qar və şaxtalı hava səbəbindən Oğuz şəhərinin mərkəzi küçələri buz bağlayıb.

Axar.az xəbər verir ki, nəticədə avtomobillərin hərəkəti çətinləşib, bəzi nəqliyyat vasitələri yolda qalıb.

Sürücülərin sözlərinə görə, şəhərin küçələrinə duz və qum səpilməyib. Nəticədə belə problemlər yaranıb.