9 yaşlı uşaq silahla oynayarkən əmisini öldürdü - Dəhşətli hadisə

Türkiyədə 9 yaşlı uşaq əmisini güllələyib.
Bakupost.az xəbər verir ki, hadisə Konyada, Sultan Məsut rayonu, Beykoz küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evində baş verib.
Ş.U. atası Kurtuluş U.-nun təmizləyib stolun üzərinə qoyduğu silahla oynamağa başlayıb.
Bu vaxt Ş.U.-nun təsadüfən toxunduğu tapançadan atəş açılıb və güllə otaqda dayısı İzzet U.-nun sinəsinə dəyib.
Hadisə yerinə polis və tibb qrupu ünvana göndərilib. İzzət U. sağlamlıq qrupunun bütün müdaxiləsinə baxmayaraq qurtarıla bilməyib.
9 yaşlı uşaq və atası ifadə üçün polis bölməsinə aparılıb.
Hadisə ilə bağlı istintaq davam edir.