Daha bir məhbus intihar etdi

Urmu zindanında daha bir məhbus intihar edib.
Bakupost.az xarici mediaya istinadən xəbər verib ki, dünən Urmu şəhər zindanında Şahin Qoledari adlı siyasi məhbus intihar edib.
Məlumata görə, Urmu sakini olan 46 yaşlı siyasi məhbusa "ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət aparmaq” ittihamı ilə 2 il həbs cəzası verilib.
Qeyd edək ki, onun hansı şəkildə həyatına son qoyması hələlik bəlli deyil.
Xatırladaq ki, fevralın 22-də Urmiya zindanında 800-dən çox məhbus açıq məktub yazaraq, həbsxanada intihar hallarının artmasından xəbər verib və həbsxana rəhbəri Peyman Xanzadəninin rəhbərlikdən uzaqlaşdırılmasını tələb ediblər.