Sumqayıtda avtomobil yanıb

Sumqayıtda avtomobil yanıb.
Sherg.az APA-ya istimadən xəbər verir ki, hadisə 21-ci mikrorayon ərazisində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədov Ramin Heydər oğluna məxsus "Opel" markalı avtomobilin mühərrik hissəsi yanıb.

Əraziyə FHN-nin DYMX-nin əməkdaşları cəlb olunub.

Yanğının səbəbləri araşdırılır.