Bakıda çılpaq gəzən şəxs kimdir?

Bakı küçələrində çılpaq gəzən şəxs polis əməkdaşları tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində saxlanılıb.
Axar.az-ın əldə etdiyi məlumata görə, Maştağa qəsəbəsindəki ruhi-əsəb dispanserində qeydiyyatda olan şəxs nəzarətçilərin diqqətindən yayınaraq oradan qaçıb.
Polis əməkdaşları tərəfindən saxlanılan yeniyetmə yenidən dispanserə yerləşdirilib.
Qeyd edək ki, Bakıda çılpaq gəzən şəxsin görüntüləri sosial şəbəkədə yayılıb.