Goranboyda avtomobillər toqquşdu - Ölən var

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində "VAZ-2106" və "Chevrolet" markalı avtomobillər toqquşub.
Nəticədə 1 nəfər ölüb.
Əraziyə yol polisi əməkdaşları və təcili yardım briqadası cəlb olunub.
Hadisə ilə bağlı araşdırma aparılır