Sərsəm güllə qurbanları: Gəlinlə bəyin “atəş” şousu ölümlə nəticələndi

 Türkiyənin Amasya bölgəsində toy mərasimi faciəyə səbəb olub. Türkiyənin bəzi bölgələrində hələ də tez-tez rast gəlinən “toy şousu” – odlu silahdan atəş açmaq Amasyada da dəbdir. Və təəssüf ki, belə yersiz və təhlükəli şoular insanların həyatına son qoyur.  Belə faciəli hadisələrdən biri Amasyanın Kuzgecə kəndində baş verib. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, kənddə keçirilən toy mərasimində gəlinlə bəy də silahlı şəxslərə qoşulub odlu silahdan atəş açmağa başlayıblar. Onların əllərində silah, ətrafa rastgələ atəş açdıqları kameralar tərəfindən qeydə alınıb. Gəlinlə bəyin açdığı atəş nəticəsində təqaüddə olan zabit, 53 yaşlı Mehmet Celik ağır yaralanıb. Onu xəstəxanaya çatdırıblar, lakin həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Mehmet Çeliyin həyat yoldaşı Melahat Çelik, şübhəli şəxs qismində saxlanılan Sidqi Ç-nin 2 ay həbsxanada qaldıqdan sonra məhkəmənin növbəti iclasınadək ev dustaqlığına buraxıldığını deyib. M.Çelik kamera görüntülərinin əsaslı dəlillər olduğunu, lakin bundan kimsənin səsini çıxarmadığını söyləyib: “Sanki döyüş səhnəsi idi. Silahlar susmurdu. Gəlin də, bəy də, hər kəs silahlardan atəş açırdı. Kəndin muxtarı da orada idi, amma “nə edirsiz, dayanın”, demədi. Həyat yoldaşımın ölümünə səbəb olan hər kəsdən şikayətçiyəm. Ədalətin ən qısa zamanda bərqərar olmasını istəyirəm”.