Sumqayıtda saxlanılan şəxsdən avtomat və narkotik aşkar edilib

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Ceyhun Qasımov şəhər ərazisində saxlanılıb.

DİN-dən APA-ya verilən xəbərə görə, ondan “AKM” markalı avtomat silahı, həmçinin heroin və metadon həbi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.