Fevralda yol qəzalarında 56 nəfər ölüb, 81 nəfər xəsarət alıb

Ötən ay yol nəqliyyat hadisələrinin sayı 22 faiz, ölənlərin sayı 18 faiz, xəsarət alanların sayı isə 24 faiz azalıb.
Bu barədə DİN-in Baş DYP İdarəsinin ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinə dair aylıq hesabatında deyilir.
Qeyd olunub ki, cari ilin fevral ayında ölüm və xəsarətlə nəticələn yol nəqliyyat hadisələrinin sayı 98 fakt, qəza nəticəsində ölənlərin sayı 56 nəfər, xəsarət alanların sayı isə 81 nəfər olub.
Ötən ilin eyni ayı ilə müqayisədə qəzaların sayı 27 fakt (22 faiz), ölənlərin sayı 12 nəfər (18 faiz), xəsarət alanların sayı isə 81 nəfər (24 faiz) azalıb.

Respublika üzrə yol nəqliyyat hadisələrinin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına yönəlmiş ptofilaktik tədbirlər, yol hərəkəti iştirakçıları arasında qaydalara ciddi riayət edənlərin say artımı qəzaların sayına müsbət təsirini göstərib.