Naxçıvanda gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Naxçıvanda gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, 2005-ci il təvəllüdlü Abbaslı İsmayıl Yəhya oğlunu bıçaqlamaqda şübhəli bilinən 2005-ci il təvəllüdlü Kərimov Tural Vəli oğlu artıq saxlanılıb.

Qeyd edək ki, hadisə dünən olub. Yaralı Naxçıvan Sağlamlıq Mərkəzinə aparılaraq əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.