Ağdaşda piyadanı maşın vuraraq öldürüb

Ağdaşda piyadanı maşın vurub.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Yuxarı Ləki qəsəbəsi ərazisində baş verib.
Minik avtomobili yolu keçmək istəyən piyada 1989-cu il təvəllüdlü rayon sakini Xəlilov Fərid Elburus oğlunu vurub.
Müxtəlif bədən xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib. Ağır yaralanan şəxs bu gün xəstəxanada dünyasını dəyişib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.