Nicata hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən “Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az xəbər verir ki, proses hakim Samir Əliyevin sədrliyi ilə keçirilir.

Prosesdə N.Şakirlinin vəkili çıxış edir.

***

"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirliyə hökm oxunub.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.