Salyanda şagird xəstəlikdən dünyasını dəyişib

Salyan rayonunda məktəbli uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, vəfat edən şagird rayonun Y.Qafarov adına 8 saylı orta məktəbinin 11-ci sinif şagirdi Ağayev Rəvan Rövşən oğludur.

Məktəbli xərçəng xəstəliyindən müalicə olunurdu.