Neftçalada 54 yaşlı kişi dəm qazından boğularaq ölüb

Neftçalada 54 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
Sherg.az xəbər verir ki, hadisə rayonun Ramazanlı kəndində baş verib.

1970-ci il təvəllüdlü Elçin Məmmədov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.