Lənkəranda avtomobil iki piyadanı vurub

Lənkəranda avtomobil iki piyadanı vurub.

"Report"un Cənub bürosunun məlumata görə, hadisə şəhərin Zərifə Əliyeva küçəsində baş verib.

Belə ki, minik avtomobili Lənkəran şəhər sakinləri 1996-cı il təvəllüdlü Fariz Ceyhun oğlu Əzizli və 1977-ci il təvəllüdlü Ramin Mübariz oğlu Əliyevi vurub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilən F.Əzizli reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.