Türkiyədə qayıq batdı - 14 ölü

Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayıq batıb.
Bakupost.az xəbər verir ki, Çanaqqalanın Eceabat rayonu sahillərində baş verən hadisə zamanı 2-si körpə olmaqla 14 nəfər ölüb.
Bölgəyə cəlb edilən sahil təhlükəsizlik qrupları 4 nəfəri xilas edib.
Çanaqqala valisi İlhami Aktaş da məsələ ilə bağlı açıqlama verərək, Eceabat rayonu sahillərində axtarış-xilasetmə işlərinə başlandığını deyib.