Bağlı qapı arxasında qalan qadın xilas edildi 

Suraxanı rayonu, Hövsan qəsəbəsində 60 yaşlı qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə yeddimərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə daxil olublar, 1964-cü il təvəllüdlü qadını halsız vəziyyətdə aşkar edərək ona müvafiq köməklik göstərib və təcili tibbi yardım briqadasına təhvil veriblər.