Həyat yoldaşını bıçaqladı: Ölməsi üçün başı üstə dayanıb

 2 uşaq anası, 24 yaşlı  Dilem Gül Karlı 1 ay əvvəl boşandığı keçmiş həyat yoldaşı Fərhat Karlı tərəfindən bıçaqlanıb. Dilemə keçmiş həyat yoldaşı küçənin ortasındaca 7 bıçaq zərbəsi vurub. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, hadisə İstanbulun Başakşəhər səmtində, Şahintəpə məhəlləsində baş verib. Gənc qadını bıçaqlayan Fərhat Karlı onun ölüb-ölməyəcəyini də gözləyib. Ətrafdakıların polisə məlumat verməsindən sonra hadisə yerinə gələn polis əməkdaşları F.Karlını həbs edib, Dilem Gül isə xəstəxanaya aparılıb, reanimasiya şöbəsinə yerləşdirilib. Bu da məlum olub ki, Fərhat Karlı bir müddət əvvəl Pendikdə boşandığı həyat yoldaşını bıçaqlayaraq öldürmüş Ümit Karlının əmisi oğludur. İki əmioğlunin “peşəsi” qadınları öldürməkdir.  Dilem Gül 5 ay öncə Fərhat Karlı ilə evlənib. Münasibətləri alınmadığından boşanmaya qərar verib. Lakin F.Karlı onu təhdid edib. Atasının evində yaşayan Dilem Gül evdən çıxıb rəfiqəsiylə görüşə gedərkən F.Karlı ona yaxınlaşıb, söhbət etməyə başlayıb. Gənc qadın uzaqlaşmaq istəyəndə onu arxadan bıçaqlayıb. İfadəsində F.Karlı həyat yoldaşının guya onu aldatdığını iddia edib. F.Karlının əmisi oğlu Ümit Karlı da 5 ay əvvəl boşandığı Sevilay Kalını bıçaqlayaraq öldürüb. Onun cənazəsinin isə Dilem Karlının  atası Tokata aparıb. Yəni, bu ailənin qadın qatili olması əvvəldən bəlli idi. Bu cür insanla ailə qurmaq yanlış idi, ata bu izdivaca razılıq verməməliydi.