Polisdən gizləndi: 36 saat kanalizasiyanın içində qalıb

  Hadisə Avstraliyanın Brisbane şəhərində, Castlebar küçəsində baş verib.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, ətrafdakı insanlar kanalizasiya qapağının altından “yardım edin”, səsləri gəldiyini polisə xəbər verib. Əraziyə gələn polis əməkdaşları kanalizasiya qapağını qaldırdıqda orada bir nəfərin əyləşdiyini görüb. Adam “telefonum düşmüşdü, onu götürmək üçün bura endim”, söyləyib. Məlum olub ki, bu şəxs kanalizasiyada 36 saat qalıb. Şəxsi oradan çıxaran polislər araşdırma aparıb. Araşdırma polisləri bir cinayətin izinə salıb. Bu şəxsin, əslində, 04.20 radələrində baş vermiş avtomobil qəzası zamanı avtomobillərdən birinin içində olduğunu, polisdən yayınmaq üçün kanalizasiyaya girərək orada gizləndiyi müəyyən edilib. Məlum olub ki, bu şəxs məhz polisdən qaçaraq kanalizasiya dəliyində gizlənib. Lakin əvvəlcə o, köməyə gələn polisləri aldadaraq telefonunun kanalizasiyaya düşdüyünü bəhanə edibmiş. Qəzada iştirakı olan adam 36 saat kanalizasiyada qaldığı üçün soyuqlayıb deyə, əvvəlcə onu xəstəxanaya aparıblar. Müalicəsi başa çatdıqdan sonra istintaqa cəlb ediləcək.