Sosial media fenomeni öldürüldü: Qorxunc iddialar səslənir

Sosial media fenomeni, 28 yaşlı Yağmur Taktaş ABŞ-də qaldığı evdə ölü vəziyyətdə tapılıb. 
“Sherg.az” “Milliyet.com.tr”yə istnadən xəbər verir ki, Yağmur Taktaş Türkiyədə “Bu mənim stilim” tv-yarışmasında iştirakı ilə məşhurlaşıb. Onun ölümü barədə isə qorxunc iddialar səslənir.  Yağmur Taktaşın cansız bədəni tibbi ekspertizaya aparılıb. Ölüm səbəbi hələ də konkret bilinməyən Yağmur Taktaşın cənazəsi təyyarə ilə Adanaya gəririlib və Kabasaqqal məzarlığında  dəfn edilib. Y.Taktaşın instagram profilindəki fotosunun üzərinə isə “Exorcist” adlı qorxu filmi xarakteri Reganın əksinin qoyulması isə gənc qadının kimlərsə tərəfindən təqib və təhdid edilməsi fikri yaradır. “Blog Yağmur” səhifəsində yer alan xəbərə görə, Yağmur Taktaşın Amerikada yaşayan keçmiş sevgilisi tərəfindən öldürülməsi versiyası da var. Y.Taktaş bundan əvvəl anasına mesajında “Türkiyəyə mənim ölüm gəlir", yazdığı da deyilir. Y.Taktaşın ailəsi qızlarının cinayət qurbanı olduğuna dair iddialara qatılaraq hadisənin araşdırılması tələbiylə məhkəməyə müraciət ediblər.  Valideynləri qızlarının keçmiş sevgilisi, türk əsilli ABŞ vətəndaşı A.C.F-dən də şikayətçidirlər.