Cəlilabadda 11 yaşlı qızın cərəyan vurması nəticəsində ölməsi faktı araşdırılır

Cəlilabadda azyaşlının elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı araşdırılır.

Baş Prokurorluqdan bildirilib ki, mayın 23-də Cəlilabad rayonu Günəşli kəndi ərazisində 2013-cü il təvəllüdlü Zəhra Niftiyevanın çıxdığı ağacın yağınlığından keçən elektrik naqilinə toxunması nəticəsində yıxılaraq ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.