Qazaxda iki çay daşdı, ərazini su basdı

Qazaxda güclü yağışlardan sonra çaylar daşıb.

Sherg.az Report-a istinadla xəbər verir ki, güclü yağışlar Ağstafaçayın daşmasına səbəb olub.

Çayda suyun səviyyəsinin qalxması nəticəsində “Mal bazarı” adlanan ərazini su basıb.

Həmçinin Gürcüstan ərazisində yağan leysan yağışlar nəticəsində Xramçay da daşıb, İkinci Şıxlı kəndində meşəlik ərazini su basıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları və texnikalar əraziyə cəlb olunub, yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.