Gürcüstanda güclü zəlzələ oldu

Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Saat 02:03-də qeydə alınmış zəlzələnin episentri ölkənin Oni şəhərindən 9 km cənub-şərqdə olub.