Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, 1983-cü il təvəllüdlü Elşən Əzizov yolu keçərkən onu yanacaq daşıyan avtomobil vurub.

Nəticədə E.Əzizov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.