Motosiklet bəlası: Cəza tədbirləri gücləndirilməlidir -RƏY

Bakının Nəsimi rayonu, 28 May küçəsində motosiklet sürücüsü təhlükəli vəziyyət yaradıb.
Globalinfo.az  xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Belə ki, motosikletdə olan iki nəfər qoruyucu geyimlərdən istifadə etmədən yola çıxıb, təhlükəli manevrlər edib, digər hərəkət iştirakçılarına narahatlıq yaradıblar.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, bu motosikletlər başa bəladır:

“Neçə vaxtdır motosikletlərlə bağlı tədbirlərin görülməsini tələb edirik. Əvvəllər vəziyyət daha da bərbad idi. Lakin belə hallarla bağlı artıq tələblər qoyuldu. Yəni sürəti 50 km/saatdan mühərrik həcmi 50 sm3 dan çox olan bütün mopedlərə dövlət qeydiyyat nömrə nişanı almaq tələbi var. Daşıma şirkətlərində nömrəsiz, qeydiyyatsız  motosikletlər çoxluq təşkil edirdilər. Hazırda  isə sürücülük vəsiqəsi tələbi var. Bu baxımdan artıq biraz məsələ müsbətə doğru dəyişib. Təssüflər olsun ki, qayda pozuntusu, soldan sağa, sağdan sola hərəkət edən və manevra qaydalarını pozan motosikletlərə çox rast gəlirik. Bunların hər biri cəmiyyətdə ciddi narazıçılıq və təhlükə yaradır. Yol Patrul Xidməti bunları nizamlamlı, onlara qarşı tədbirlər görməlidir. Biz görürük ki, belə hərəkətlərə yol verənlərə qarşı reydlər keçirilir və cəzalar tətbiq olunur. Ümumiyyətlə bu qaydalar və cəzalar gücləndirilməlidir. Çünki cəza tədbirləri görülməsə bir müddət sonra əvvəlki vəziyyətə qayıdacaq. Hər zaman qayda pozanlara qarşı tədbirlər keçirilməlidir. Eyni zamanda da müşahidə kameraları vasitəsilə hərəkətləri, qayda pozuntuları ciddi şəkildə qiymətləndirilməli və onlara qarşı cəza tədbirləri həyata keçirilməlidir”.