AİB sədri: Çipsidən zəhərlənmə hadisəsində informasiyanın yalan olduğunu deyəcəklər

Azərbaycanda azyaşlı uşaq çipsdən zəhərlənərək ölüb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, hadisə Qobustanda baş verib.
Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Oxu.az-a bununla bağlı araşdırma başladıldığı bildirilib:
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".



Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, hansısa Azərbaycan həkiminin uşağın çipsdən zəhərləndiyini yazacağına inanmır:

“Yəni çipsidən zəhərlənmə hadisəsində informasiyanın yalan və səhv olduğunu deyəcəklər. Halbuki uşaq çipsidən zəhərlənib. Bütün  Azərbaycan ƏMTƏƏ bazarına girən mallara Qida Təhlükəsizliyi Agentliyi sənəd verdi ki, hər bir şey yaxşıdır. Heç bir dövlət orqanının, o cümlədən də həkimlərin cəsarəti çatmır ki dövlət orqanının sənəd verdiyi bir şeyə mənfi rəy versinlər. Necə deyərlər 3 müşketyor qanun işləyir. Birimiz hamımız üçün, hamımız birimiz üçün. Mütləq Qida Təhlükəsizliyi Agentliyi məlumat verəcək ki, bu çipsidən deyil, başqa bir şeydən zəhərlənmə olub. Bunun nəticəsini belə gözləyirəm. Malların təhlükəsizliyinə sənəd verən orqan ilə  insanların sağlamlığını qoruyan zəhərlənməni qeyd edən orqan ayrı olmalıdır. AQTA ilə hər ikisi birləşib. Ona görə də özü-özünü təkzib edə bilmir. Təssüf ki, ölkədə bu kimi mallar çoxdur. Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsinə baxsaq, orada malın keyfiyyətindən deyil, yalnız malın təhlükəsizliyindən söhbət getdiyini görərik. Əlbəttə keyfiyyətsiz çipsi də gətirilə bilər. Ümumiyyətlə valideynlər diqqətli olmalıdır. İnsanlar belə mallardan kənar durmalıdır. İnanmıram ki, bunun hüquqi nəticəsi ola. Hələ 27 ildə biz bir nəfərə də sənaye üsulu ilə hazırlanan mallara konpensasiya verilməsinə nail ola bilməmişik”.